Məşhur türk futbolçu azərbaycanlı qapıçını yanına çağırır
18.06.2010 - 23:03
“Kartalspor” rəhbərliyi ilə görüşmək üçün Türkiyəyə getmişəm. Səfərimin ilk günündə qəbulunda olduğum klub himayədarları məni komandada saxlayırlar”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq qapıçısı Vitali Kovalyov deyib.
Türkiyənin aşağı dəstə təmsilçisi “Kartalspor”da gerçəkləşən baş məşqçi dəyişikliyi son bir ildə bu komandada çıxış edən həmyerlimizin karyerasına təsir etməyib. Təcrübəli Kadir Özcanı əvəzləyən “Qalatasaray”ın əfsanəvi heyətinin üzvü Ərgün Pəmbə Kovalyovla söhbətində onu bir daha sınamaq istədiyini bildirib: "Ərgün Pəmbə deyir ki, səni baxışdan keçirməliyəm. Mən orda bir il çıxış etmişəm. Hətta o, “Mersin İdman Yurdu”nu çalışdıranda komandasına qarşı 90 dəqiqə oynamışam. Odur ki, bir daha baxışdan keçmək həvəsim yoxdur. Hər halda, bu klubla 2-3 gün ərzində konkret söhbətimiz olacaq. Əgər, onların fikirlərini dəyişməsə, Bakıdakı variantları nəzərdən keçirəcəyəm".
Qeyd edək ki, Vitalinin Azərbaycanda son klubu "Karvan" olub. Qapıçı 2008/09 mövsümünün sonlarında Yevlax təmsilçisindən qovulmuşdu.

0
0