Qyoko Hacıyevski: “Simurq”a təcrübəli məşqçi lazım idi
18.06.2010 - 17:42
“Simurq”un rəhbərliyi ilə uzun müddət danışıqlar gedirdi. Sadəcə, bəzi məsələlərin həlli lazım idi. Artıq tam razılıq əldə olundu və mən Bakıya gələrək müqavilə imzaladım”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun yeni baş məşqçisi Qyoko Hacıyevski deyib.
Əyalət təmsilçisi ilə “1+1” şərti ilə müqavilə imzalayan 55 yaşlı makedoniyalı mütəxəssis apreldə icraçı-direktor postuna gətirilmişdi. Həmin vaxtdan ukraynalı Roman Pokoranı əvəzləyəcəyi gözlənilən Hacıyevskinin təyinatı nəhayət, rəsmiləşdi: “İlk növbədə təşkilati məsələləri həll etmək, klubun siyasətini müəyyənləşdirmək lazım idi. Siyasətimiz əsasən yerli futbolçuları yetişdirmək olacaq. Klub rəhbərliyinə bu vəzifəni yerinə yetirmək üçün təcrübəli mütəxəssis lazım idi. Mən də öz təcrübəmdən istifadə edərək, bunun üçün əlimdən gələni edəcəyəm. Təbii ki, bununla kifayətlənməyib, nəticə qazanmağa da çalışacağıq. Ancaq hazırda əsas vəzifə daha çox azərbaycanlı futbolçulara diqqət yetirməkdir. Klubun yaxşı şəraiti var. Zaqataladakı bazamız, stadionumuz bizə bu işdə yararlı olacaq. Mən başa düşürəm ki, yeni baş məşqçinin gənc futbolçularla nəticə qazanmaq vəzifənin yetirilməsinə şübhə ilə yanaşırlar. Bu, normaldır, ancaq mən yaxşı komanda yaratmaq üçün bütün bacarığımla çalışacağam. Çempionluq uğrunda mübarizədə iştirak edib, silahımızı yerə qoymayacağıq”.
Planları haqda danışan Hacıyevski gələn bazar ertəsindən seleksiya prosesinə başlayacağını bildirib. O, bunu “Şəfa” stadionunda edəcəyini deyib: “Yeni mövsümə hazırlığa orada başlayacağıq. Ona görə ki, seleksiya işini Zaqatala ilə müqayisədə Bakıda aparmaq asandır. Bu mənada münasib olan “Şəfa”nı seçmişik. Ora “İnter”in və digər klubların əvəzedici komandalarında olan gənc azərbaycanlı futbolçuları dəvət edəcəyik. Həmin oyunçular arasında seçim edəcəyik. İlk müddət üçün legionerlərin gəlişi nəzərdə tutulmayıb. Buna, komandaya təcrübəli azərbaycanlı futbolçu lazım olub-olmamağına sonra baxacağıq. Xaricdə təlim-məşq toplanışına da həmin vaxt aydınlıq gətirəcəyik. Getdikcə hazırlığımız intensivləşdirib, komandamızda futbolçularının sayını artıracağıq. Səfər oyunlarımız zamanı Bakıya gəlib, daha çox hazırlığı burada keçirmək fikrindəyik. Köməkçilərimlə bağlı da qarşıdakı günlərdə seçim edəcəyəm. Namizədləri nəzərdən keçirməyim lazımdır. Yəqin ki, köməkçilərim azərbaycanlılar olacaq”.
Qeyd edək ki, yığmamızı da çalışdıran Hacıyevski baş məşqçisi olduğu “Bakı”ya ötən il ölkə çempionluğu qazandırıb.
Mehman SÜLEYMANOV

0
0