“Bakı” Adebayorun komanda yoldaşını transfer etdi
18.06.2010 - 18:01
Azərbaycan kubokunun son qalibi olan “Bakı” klubu mövsümlərarası fasilədə 3-cü transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, avroliqada ölkəmizi uğurla təmsil etməyi qarşısına məqsəd qoyan paytaxt təmsilçisi Toqo yığmasının vitse-kapitanı Dare Nibombe ilə heyətini gücləndirib.
Yeni almaniyalı baş məşqçisi Vinfred Şaferin dəvəti ilə cəlb olunan mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb. 2006-cı il dünya çempionatında iştirak etmiş Nibombe yığmasının heyətində keçirdiyi 52 oyunda 2 qol vurub. O, Toqo yığmasının lideri Emmanuel Adebayorun komanda yoldaşıdır. Dünən 30 yaşını qeyd etmiş Dare ucaboylu olması (196 sm) ilə seçilir.
Qeyd edək ki, “Bakı” buna qədər braziliyalı yarımmüdafiəçi Juninyo Osvaldo və millimiizn sabiq müdafiəçisi Emin Cəfərquliyevi transfer edib.
Mənbə: fcbaku.com

0
0