Vinfred Şafer “Bakı”ya yeni məşqçi gətirdi - FOTO
18.06.2010 - 18:22
“Bakı”nın yeni baş məşqçisi Vinfred Şaferin ilk köməkçisinin adı açıqlanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 60 yaşlı almaniyalı mütəxəssisin yardımçısı Mano Polkinq olacaq. Əslən braziliyalı olan 34 yaşlı Polkinq sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib, vətənində “İnternatsional”ın şərəfini qoruyub. Daha sonra 7 il Almaniya çıxış edən braziliyalı bundesliqada bir neçə, o cümlədən də “Arminiya” klubunda oynayıb. Daha sonra Cənubi Kiprə yollanan Polkinq orada “Olimpiakos” və “Apoel”in heyətində çıxış edib.
Polkinq futbolçu karyerasını bitirdikdən sonra “Bakı”ya qədər 2008-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubunda Şaferin yanında məşqçiliyə başlayıb.
Polkinq futbolçu karyerasını bitirdikdən sonra “Bakı”ya qədər 2008-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubunda Şaferin yanında məşqçiliyə başlayıb.
0
0