5 aylıq ezamiyyət və ya “Xəzər-Lənkəran”dan “Neftçi”yə gedən yol
19.06.2010 - 00:20
Bir neçə gün əvvəl "Neftçi" - "Xəzər-Lənkəran" "müharibə"sinin növbəti "döyüş"ü başa çatdı. Söhbət heç də klublar arasındakı hər hansı münaqişədən getmir. Sadəcə, 6 ildi bir-birilə barışmaz rəqabət aparan tərəflər düşdükləri eyni arzunun həyata keçirilməsi uğrunda savaşı başa çatdırdı. Budəfəki mübarizə isə nə çempionluq, nə kubok, nə flaqman adı, nə də hər hansı mükafat uğrunda deyildi. Hər iki klub Denis Silvanı heyətinə qatmağa çalışırdı.
Braziliyalı müdafiəçi uğrunda döyüş isə demək olar ki, heç nədən başladı. Əvvəl ölkə mətbuatında futbolçunun "Xəzər-Lənkəran"a qayıtmasıyla bağlı xəbərlər yayıldı. Elə həmin vaxt "Neftçi"nin prezidenti Sadıq Sadıqov Braziliyanın A seriyasında oynayan futbolçunu transfer edəcəklərini açıqladı. Qısa müddətdən sonra həmin futbolçunun məhz Denis olduğu üzə çıxdı. Ağasəlim Mircavadov isə arxayınlıqla verdiyi açıqlamasında Silva məsələsinin artıq həll olunduğunu və sənədləri gözlədiklərini iddia etdi. Lap məşhur bir mahnını xatırlasaq, durum "Denis bilmir kimindi, Denis bilmir hardadı, Denis yaman dardadı" kimi səslənirdi. Lakin qeyri-müəyyənlikdə olan braziliyalı yox, onu əhatə edənlər və bu transferi izləyənlər idi. Müdafiəçi isə artıq seçimini etmişdi. Və bu qərar bakılıların xeyrinə oldu. "Neftçi" ötən ilin dekabrında Azərbaycanı tərk edən, indi yenidən ölkəmizə qayıdan futbolçunu sıralarına qatmağı bacardı.
Əslində, "iki qəlbin arzusu"na çevrilən Denisin bu boyda rəqabətə layiq olub-olmadığı maraq doğurur. Lakin bu başqa söhbətin mövzusudur. Daha maraqlı olanı isə "Xəzər-Lənkəran"dan "Neftçi"yə gedən yol, yəni Braziliyadakı 5 ayın nəyə və ya hara sərf olunmasıdır. Tam adı Denis Silva Kruz olan 24 yaşlı futbolçunun bu müddətdə nə etdiyini nəzərdən keçirək.
Çaşanların nəzərinə. Denisin Azərbaycana qayıdışı gündəmə gələn kimi onun son 5 ayı "Qremio" klubunda keçirdiyi üzə çıxdı. Bəziləri bu amilə ciddi önəm versə də, bəziləri onun dekabrda "Barueri"yə transfer olunduğunu xatırladı. Təbii ki, bu müəyyən çaş-başlığa səbəb oldu. Lakin qısa araşdırma zamanı məlum oldu ki, elə bu eyni klub imiş. Sadəcə, yanvardan etibarən Denisin artıq keçmiş komandası yeni ad altında çıxış edir. Əvvəl tam adı "Qremio Rekreativo Barueri" olan və məhz "Barueri" kimi tanınan klub artıq "Qremio Prudente Futebol", qısaca "Qremio" kimi ifadə olunur. Bu isə o deməkdi ki, müdafiəçi qısa müddətdə iki komandada deyil, bir klubda oynayıb.
Debüt. Denisin yeni klubunda debütü yanvarın sonuna təsadüf edib. Ayın 30-da o, "Qremio"nun "Rio-Klaro"yla qarşılaşmasının iştirakçısı olub. Start heyətində meydana çıxan futbolçu Paulistanın görüşünü əvəz olunmadan keçirib. Həmin matçda onun komandası 3:2 hesabıyla qalib gəlib.
Paulista. Çoxların bu adın nə olduğunu bilməsə də, Paulista Braziliyada ən nüfuzlu turnirlərdən biri sayılır. Ölkə çempionatının startınadək bir-birinə paralel keçirilən çoxsaylı ştat birincilikləri arasında ən maraqlısı sayılan bu birincilik San-Paulunun çempionatıdır.
Debütün ardından Denis "Botofoqo"yla matçın da iştirakçısı oldu. Həmin matçda 0:4 hesablı darmadağında səhvlərinin rolu olduğundan artıq fasilədə əvəzləndi. Hövbəti 4 matçı ehtiyatda "yatan" müdafiəçi bir də 38 gündən sonra şans qazandı. "Paulista"yla görüşün son 9 dəqiqəsini meydanda olan Denis növbəti turda 90 dəqiqə meydanda oldu. Və əfsanəvi Roberto Karlosun çıxış etdiyi "Korintians"la mübarizədə komandasının qələbəsinə sevindi - 2:0.
"Portuqeza", "Braqantino" və "San-Kaetano"yla oyunların da iştirakçısı olan Denis bununla da Paulistada çıxışlarını başa vurdu. 7 matç ərzində 369 dəqiqə meydanda olan futbolçu həlledici görüşlərə buraxılmadı. Mövsümü 3-cü yerdə başa vuran komanda isə çempionluq uğrunda pley-offda mübarizəni davam etdirdi. Lakin yarımfinal Silvanın komandası üçün sonuncu oldu. O, turniri "Braqantino"yla matçda aldığı sarı vərəqəylə bitirdi.
A seriyası. Ardından Denis və komandası A seriyasında mübarizəyə başladı. Burada daha çox etimad qazanan Denis ilk 6 turun 5-də meydana çıxdı. Bu müddətdə 302 dəqiqə top qovan arxa xətt oyunçusu 3 dəfə əvəzolunmadan meydanda oldu. "Korintians" və "Flamenqo"yla görüşlər də əvəzolunmadan keçirildi. Bunların birində ikinci dəfə Roberto Karlosla üz-üzə gələn Silva digər matçda Vaqner Lavın dublunun şahidi oldu. "Flamenqo"yla matçda o, sarı vərəqə də gördü.
Əlvida. İyunun 6-da "Quarani"ylə qarşılaşmanın 68-ci dəqiqəsində meydana çıxan Denis "Qremio"da ümumilikdə 12-ci, həm də sonuncu matçını keçirdi. Ümumilikdə bu klubda 671 dəqiqə keçirən "Heftçi"nin yeni transferi A seriyasını tərk edənədək orada 212-ci, Paulistanın yekununda isə 351-ci oyunçu idi.
FƏRİD

0
0