“Muğan”: Türkiyədə 10 günə 4 oyun!
19.06.2010 - 11:52
“Muğan”: Türkiyədə 10 günə 4 oyun!
“Baş məşqçisi Almir Hurtiç və legionerlər iyunun sonunda Azərbaycanda olacaqlar. Eyni zamanda, danışıqları yekunlaşdırdığımız iki afrikalı oyunçu da həmin vaxt Azərbaycana təşrif buyuracaq. Bütün futbolçuların iştirak edəcəyi toplanışın ilk hissəsini Salyanda və ya Bakıda keçəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Salyanın "Muğan" klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Klub rəsmisi iyulun 15-də yollanacaqları Türkiyədə 4 yoxlama görüşündə qüvvələrini sınayacağını söyləyib: “Biz hansı günlərdə yoxlama oyunu keçirmək istədiyimizi qalacağımız otelə təqdim etmişik. Onlar bizim üçün seçim aparacaqlar. Türkiyədə qalacağımız 10 gün ərzində 4 yoxlama görüşündə qüvvəmizi sınamaq istəyirik. Əlbəttə, qarşımıza çıxanla oynamayacağıq. Məqsədimiz Superliqa və Bank Asiya liqasının iddialı klubları ilə üz-üzə gəlməkdir. Biz ötən il də kifayət qədər güclü komandalarla görüşmüşdük”.

Qeyd edək ki, "Muğan" növbəti mövsümdə ilk "altılığ"a düşməyi qarşısına məqsəd qoyub.