“Mənsimovla pul söhbəti etmək mənə yaraşmaz” – MÜSAHİBƏ
19.06.2010 - 12:20
“Xəzər-Lənkəran” klubunun yeni transferi Zaur Ramazanovun apasport.az saytına müsahibəsi
- Karyeranız ərzində ikinci dəfə “Xəzər-Lənkəran” klubunun formasını geyinəcəksiniz. Bu komandaya qayıdışınız necə baş tutdu?
- Yayın gəlişindən istifadə edib, ailəmlə birgə ölkə xaricinə istirahətə yollanmışdıq. Qayıdıb fərdi məşqlərimi davam etdirdiyim zaman məni “Xəzər-Lənkəran”ın ofisinə çağırdılar. Klub prezidenti Mais Mənsimovla söhbət edib, razılığa gəldik.
- “Qarabağ” və “Karvan”ın heyətində nadir hallarda meydançaya çıxırdınız. Bundan sonra ölkənin ən güclü klublarından birinə keçəcəyinizi ağlınıza gətirirdinizmi?
- Düzü, qısa zamanda danışıb məsələni həll etdik. Belə bir dəvətin gələcəyini həqiqətən də gözləmirdim. Amma Mais müəllim ən pis vaxtlarımda mənə dəstək nümayiş etdirib. Bu dəfə də mənim kənarda qalmağıma göz yummadı. Fürsətdən istifadə edib, ona dərin təşəkkürümü bildirirəm.
- “Xəzər-Lənkəran”la iki illik müqavilə imzalamısınız. Belə təklif qarşı tərəfdən gəldi?
- Mais müəllimin dediyinin əksinə gedə bilmərəm. Rəsmi sənəddə müqavilə iki illik müqavilə yazılmışdı. Mən də buna imza atdım.
- Adətən, yaşı 30-u keçən futbolçularla qısamüddətli müqavilələr bağlayırlar. “Xəzər-Lənkəran”ın fərqli addımını necə dəyərləndirirsiniz?
- “Xəzər-Lənkəran” mənə doğma klubdur. Karyeramın ən gözəl anları bu komanda ilə bağlıdır. İki dəfə ölkə kubokunu qazandığım, Azərbaycan çempionu olduğum və kapitan sarğısını daşıdığım "Xəzər-Lənkəran"a həmişə hörmət bəsləmişəm. Təbii ki, "Xəzər- Lənkəran" çox məsələlərdə digər rəqiblərini qabaqlayıb. Futbolçularla uzunmüddətli müqavilə imzalaması peşəkarlığından irəli gəlir. Qismət olarsa, yaxşı mövsümlər keçirib, elə karyeramı da bu klubun heyətində bitirərəm.
- Siz Azərbaycanın ən ödənişli futbolçularından olmusunuz. Cənub klubunun təklif etdiyi məbləğ sizi razı saldımı?
- Mənsimovla pul söhbəti etmək mənə yaraşmaz. İnanırsınız, heç müqavilənin maliyyə şərtləri ilə tanış olmamışam. Bilirəm ki, Mais müəllim məni hər zaman razı salıb.
- “Xəzər-Lənkəran”a qayıtdığınıza görə, hansı hissləri keçirirsiniz?
- Düzü, heç vaxt olmadığı qədər həyəcanlıyam. Elə bil Lənkəranda ilk dəfə publika önünə çıxacağam. İnanıram ki, meydançaya çıxana qədər həyəcandan heç bir əsər-əlamət qalmayacaq. Həqiqətən də böyük sevinc içindəyəm. Hisslərimi sözlə ifadə edə bilmirəm.
- “Xəzər-Lənkəran” hazırda Almaniyada təlim-məşq toplanışındadır. Ora gedib, məşqlərə qatılacaqsınızmı?
- Müqavilə bağladıqdan sonra Ağasəlim Mircavadovla əlaqə saxladım. Dedi ki, görüşüb məsələlər barədə ətraflı danışarıq. Komanda şəkilində olmasa da, fərdi məşqlər edirəm. Dəniz kənarında, təmiz havada qaçıram, topla hərəkətlərə çox üstünlük verirəm. İstərdim ki, Almaniyada hazırkı klubumla bərabər olum. Bunun üçün ilk növbədə adıma viza açılmalıdır. Əgər bu iş həll olunsa, bazar ertəsi Almaniyaya gedəcəyəm. Əks təqdirdə, komandanın gəlişini gözləyəcəyəm. Komanda iyunun 25-də Azərbaycanda olmalıdır.
- Adətən, bölgə klubunda çıxış etmək sizə çətin gəlib. Sizcə, eyni problemlə üz-üzə qalmayacaqsınız ki?
- Mircavadovun rəhbərliyi altında "Xəzər-Lənkəran"da oynayanda heç vaxt artıq hərəkət etməmişəm. Rasim Kara gəldikdən sonra oranı tərk edim. Futbolçunun özünü aparmasında məşqçinin böyük təsiri var. Həm də mən indi yalnız və yalnız futbol barədə düşünürəm. Odur ki, rayon mühitində çıxış etmək mənə sərf edir. Bir də Lənkəranda yenidənqurma işləri geniş vüsət alıb. Oranı bölgə və ya rayon adlandırmağa adamın dili gəlmir.
- Razılaşaq ki, uzun müddətdir yüksək səviyyədə oynamırsınız. Əsas heyətə düşməkdə çətinlik çəkməyəcəksiniz ki?
- Son altı ayda "Karvan"ın heyətində çıxış etdim. Orada hakimlər tərəfindən 2 dəfə qırmızı vərəqə aldım və planlarım pozuldu. İndi artıq çəki və ya digər problemim yoxdur. İnanmıram ki, heyətdən kənarda qalım.
- Qarşıda komandanızı Avropa Liqasının oyunları gözləyir...
- "Xəzər-Lənkəran" yarandığı ildən Azərbaycanı Avropa meydanlarında layiqincə təmsil edib. Əlbəttə ki, indiki hazırlıq və həyata keçirilən transferlər Avropa Liqasında uğurlu oynamaq üçün hesablanıb. Fikrimcə, Ağasəlim müəllim hələ yenə komplektləşmə işləri aparacaq və biz Avropa Liqasında mərhələlər adlayacağıq. "Xəzər-Lənkəran"a ancaq bu yaraşar.
- "Xəzər-Lənkəran"la bağlı arzularınız nədən ibarətdir?
- Əvvəlki oyunumu sərgiləmək, əvvəlki Zauru xatırlatmaq istəyirəm. Həqiqətən də, azarkeşlər mənə böyük dəstək olurdular. İnanmıram ki, məni yaddan çıxarsınlar. Bu cür rəhbərliyin himayəsində, böyük azarkeş ordusu önündə oynamaq hər bir futbolçusunun arzusudur. "Qarabağ"ın heyətində "Xəzər-Lənkəran"ın qapısına qol vuranda, köynəyimi başıma keçirdim ki, azarkeşlərin üzüntüsünü görməyim. Bu komandaya, azarkeşlərə ancaq və ancaq çempionluq yaraşır. Biz onların arzularını həyata keçirmək üçün çalışacağıq.

0
0