“Allah eləməsin ki, bizə “Dinamo” və “Lex” kimi rəqiblər düşsün”
19.06.2010 - 14:37
“İyunun 21-də İsveçrədə keçiriləcək avrokubokların püşkatmasında “Xəzər-Lənkəran”ı mən və klubumuzun direktoru Höccət Hacıyev təmsil edəcəyik. Ümid edirik ki, püşk bu dəfə üzümüzə gələcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Azərbaycanı Avroliqada təmsil edəcək Lənkəran təmsilçisinin rəqibi iyunun 21-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatmada bəlli olacaq. İndiyədək “Dinamo” (Xorvatiya) və “Lex” (Polşan) kimi güclü klublarla qarşılaşan “Xəzər-Lənkəran” nəhayət, münasib rəqib istəyir: “Allah indiyə kimi bizə düşən komandaları Azərbaycanda heç bir kluba rəqib salmasın. İstəməzdim ki, klublarımız Zaqreb “Dinamo”su, “Lex” kimi güclü komandalara rəqib olsun. Ümid edirəm ki, hamı kimi, bizə də mərhələ keçə biləcək gücdə komanda düşəcək. Ancaq komandamız rəqibdən asılı olmayaraq, avrokuboklara ciddi hazırlaşır”.
3 dəfə ölkəmizi avrokuboklara təmsil edən “Xəzər-Lənkəran” nəinki mərhələ keçib, 6 oyunda qələbə belə qazana bilməyib. Maraqlıdır, bu uğursuzluğa son qoymaq fikrində olan lənkəranlıların qarşısında duran minimum vəzifə nədir? Nadirov bildirib ki, minimum vəzifə yoxdur: “Vəzifə odur ki, layiqli təmsil olunmalıyıq. Burada söhbət neçə mərhələ keçmək, qrupda düşməkdən daha çox ölkəmizi layiqincə təmsil etməkdən gedir. İndiyə kimi mərhələ keçməməyimiz güclü rəqiblə düşməyimizlə bağlıdır. İnanın ki, 2007-ci ildə bizə Zaqreb “Dinamo”su yox, hər hansı sıradan bir komanda düşsəydi, mərhələ keçəcəkdik. Bildiyiniz kimi, “Dinamo” hər iki oyunda 90 dəqiqə bizimlə bacarmadı. Burda bəxt amili də var. Bunun rolu böyükdür. Kimin düşməsindən asılı olmayaraq, komanda mərhələ keçmək üçün tam gücünü ortaya qoyacaq. Avrokuboklarda nəhayət, Lənkəranda, öz stadionumuzda oynamağımızın isə həddən artıq böyük rolu var”.
Qeyd edək ki, UEFA buna qədər infrastruktur məsələləri, əsasən hava limanı ilə əlaqədar “Xəzər-Lənkəran” öz meydanında oynamasına icazə vermirdi. Lənkəran təmsilçisi mübarizəyə ilk təsnifat mərhələsindən, iyulun 1-də başlayacaq.
Mehman SÜLEYMANOV

0
0