“Visla” Bakıda da itki verdi
05.08.2010 - 10:43
“Visla” klubunun baş məşqçisi Henrik Kasperçakın “Qarabağ”la Avroliqadakı cavab oyunu öncəsi heyətlə bağlı qayğıları bitmir. Apasport.az saytının məlumatına görə, polşalıların daha bir müdafiəçisi Petr Sinqlar zədədən əziyyət çəkir. Bakıda məşqə çıxan Petr sona qədər çalışa bilməyib və meydanı axsaya-axsaya tərk edib: “Ayağımda ağrılar hiss edirəm”.
Kasperçak ilk oyunda ehtiyatda saxladığı müdafiəçinin xidmətindən məhrum olunca, arxa xətdə vəziyyətin daha da çətin olması faktı qarşısında qalıb. Belə ki, mərkəz müdafiəçisi Qordon Bunoza ilk matçda qırmızı vərəqə aldığından cəzalıdır. Braziliyalı müdafiəçi Kleber heç Polşada da zədə üzündən oynaya bilmədi. Lukaş Qarqula bu səbəbdən Bakıya gətirilməyib. Argentinalı Andres Rios isə vətəninə viza problemlərinin həll etməyə gedib.
Qeyd edək ki, dünən saat 21:00-da oyun keçiriləcək Tofiq Bəhramov adına Respublika stadionuna çıxan “Visla”nın məşqi azarkeşlərimizin “Qarabağ, Qarabağ” sədaları ilə başlayıb.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0