Katalin Domanın “Xəzər Lənkəran”da qazancı açıqlandı
05.08.2010 - 11:06
“Xəzər Lənkəran”ın yeni transferi Katalin Domanın qazancı açıqlanıb. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, “Arceş” klubundan transfer edilən 22 yaşlı yarımmüdafiəçinin illik məvacibi 200 min dollar təşkil edir. Domanın lənkəranlılarla iki illik müqavilə bağladığını nəzərə alsaq, 400 min qazanacaq.
Maraqlıdır ki, rumıniyalı həmkarlarımız Katalinin əvvəlki klubunda ayda cəmi 2000 dollar qazandığın yazır. Onların sözlərinə görə, tamamilə maliyyə böhranında olan “Arceş” bu keçiddən 200 min avro alıb.

0
0