Azərbaycan yığması Almaniyaya gedir
05.08.2010 - 11:44
21 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması səfərə hazırlaşır. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, komandamız avqustun 9-dan 17-dək Almaniyada təlim-məşq toplanışı keçirəcək. Yığmanın heyətinə dəvət edilən futbolçular bunlardır: Osman Umarov ("Qarabağ"), Andrey Popoviç ("Bakı"), Qara Qarayev ("Qarabağ"), Tural İsgəndərov ("Qarabağ"), Tərlan Quliyev ("Neftçi"), Şəhriyar Rəhimov ("İnter"), Fərrux Rəhimov ("Abşeron"), Rüstəm Abbasov ("Tolyatti", Rusiya), Yasin Yaqubzadə ("Neftçi"), Hacı Əhmədov ("Bakı"), Elgiz Kərəmli ("Qarabağ"), Abdulla Abatsiyev ("Stolitsa", Rusiya), Nizami Hacıyev ("İnter"), Orxan Həsənov ("Neftçi"), Ruslan Qurbanov ("Neftçi"), Rəşad Hüseynov ("Simurq"), Şəhriyar Xəlilov ("Turan"), İnam Quliyev – ("Albasserdam", Hollandiya), Cavid İmamverdiyev ("Neftçi").
0
0