Rafael Əmirbəyov start heyətində
05.08.2010 - 12:37
“Junivan Suares hələ Gəncəyə gəlməyib. Amma Rafael Əmirbəyov dünən komandanın məşqlərinə qatılıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.
4 illik fasilədən sonra yenidən Premyer Liqada yarışmaq hüququ əldə edən əyalət təmsilçisi mövsümə “Simurq”la baş tutacaq oyunla start verəcək. Yerli azarkeşlərin yenidən rəğbətini qazanmağa və öz şöhrətini geri qaytarmağa çalışan “Gəncə” rəhbərliyi transfer çalışmalarını sürətləndirib: “Rafael Əmirbəyovla bu gün 1 il müddətini əhatə edən müqavilə imzalayacağıq. Gürcü futbolçu Levan Midvinaşvili də qarşıdakı mövsümü “Gəncə”nin heyətində keçirəcək. Bu futbolçular “Simurq”la oyunda komandamıza kömək edə biləcəklər”.

0
0