Əfran İsmayılovun könlündəki komanda
05.08.2010 - 13:02
Əfran İsmayılovun könlündəki komanda
“Evlənmək, hansısa xanımla münasibət qurmaq haqqında düşünmürəm. Yeganə məqsədim futbolçu kimi irəli getməkdir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Gənc yarımmüdafiəçi bildirib ki, “Barselona”nın azarkeşidir. O, bu komandanın oyununu izləyərkən zövq almaqla yanaşı, həm də müəyyən elementləri öyrənir. Hansısa futbolçunu özü üçün kumir seçməyən İsmayılov Kataloniya təmsilçisinin istənilən oyunçusundan müəyyən şeylər öyrəndiyini vurğulayıb: “Bu komandanın formasını geyinən hər bir futbolçu mənim üçün bir məktəbdir. Onların oyununu izləməkdən ləzzət alıram, eyni zamanda nəsə öyrənməyə çalışıram”.

Gələcəkdə İspaniya çempionunun formasını geyinməyi arzulayan futbolçu ölkəmizi Avropada layiqincə təmsil etmək niyyətindədir: “Avropaya getmək üçün “Qarabağ” tramplin rolunu oynayır. İnşallah, arzuma çataram. Məqsədim Azərbaycanı Avropada layiqincə təmsil etməkdir”.