AZAL 2 futbolçusunu itirdi
05.08.2010 - 13:17
Yeni mövsümün ilk turunda “Bakı” ilə qarşılaşacaq AZAL hazırlığını davam etdirir. Bu gündən etibarən “Holidey İnn” otelində təlim-məşq toplanışına yığışan “təyyarəçilər” məşqlərini Zabrat qəsəbə stadionunda həyata keçirir.
Ancaq AZAL paytaxtın eyniadlı klubu ilə oyuna itkilərlə çıxacaq. Bu haqda apasport.az saytına məlumat verən baş məşqçi Nazim Süleymanov 2 oyunçunun xidmətindən istifadə edə bilməyəcəyini vurğulayıb: “Tərlan Xəlilov zədəlidir. Yeni transferlərimizdən olan Kozlauskas da analoji səbəbdən komanda yoldaşlarına kömək edə bilməyəcək. Yəni hər iki oyunçu meydana çıxmayacaq”.
Süleymanov daha sonra komandanın toplanışa yığışdığını və axşam “Qarabağ”ın oyununu izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna yollanacaqlarını bildirib.

0
0