“Bu, lap polşalı nənələrin hazırladığı şorbadır”
05.08.2010 - 13:30
“Bu, lap polşalı nənələrin hazırladığı şorbadır”
Polşanın “Visla” klubu Bakıdakı isti havalardan çəkinmir. Apasport.az saytının məlumatına görə, komandanın futbolçuları “Qarabağ”la bugünkü Avroliqa oyunu öncəsi paytaxtımızda temperaturun kölgədə 36 dərəcə olması haqda məlumatlanıb.

“Visla”nın baş məşqçisi Henrik Kasperçak qərara alıb ki, belə hava yetirmələri üçün təhlükəli deyil və şəhərimizi gəzməyə icazə verib. Bununla da polşalı futbolçular boş vaxt əldə edib. Kasperçakın bu qərarı təəccüblə qarşılanmayıb. Çünki polşalılar qaldıqları otelin temperaturun normal olduğunu deyirlər. Dəniz kənarında oteldə qalmaq isə otaqların pəncərələrindən gözəl mənzərə deməkdir.

“Visla” futbolçuları Bakıda qidalanmadan razılıqlarını ifadə edir. Bu gün səhər yeməyini 09:30-da yeyən polşalılar bundan 4 saat sonra nahar edib. Dünənki şam yeməyi isə qonaqları heyrətləndirib. Belə ki, onlar Bakıya, otelə çatandan sonra yeməyə gedən zaman tomatlı şorbaya məftun olublar. Futbolçular və komanda ilə birgə gələn aşpazın fikri belə olub: “Bu, lap Polşadakı, bizim nənələrin hazırladığı kimidir”