Mirça Rednik müdafiə olunmağın əleyhinə çıxdı
05.08.2010 - 14:01
“Xəzər-Lənkəran”ın baş məşqçisi Mirça Rednik keçmiş komandası Buxarest “Dinamo”sunun Avroliqada şansları haqda danışıb. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis Xorvatiyanın “Hayduk” klubu ilə səfərdə cavab görüşü öncəsi “Dinamo”dakı həmkarı İon Andoneyə məsləhətlərini verib: “Bugünkü oyunda müdafiə olunmayın, əks halda, sizə çətin olacaq. Xorvatiyada müdafiə futbolu oynasanız, sizə yaxşı olmayacaq. Oradakı azarkeşlər fantastikdir, komandaya irəli səsləyir və rəqibə təzyiq göstərir. Ancaq “Dinamo” buna fikir verməyib, ilk 15-20 dəqiqədə oyunu ələ almalıdır”.
Rednikin fikrincə, keçmiş komandasının ilk oyunda 3:1 hesablı qələbəsi uğurlu nəticədir və səfərdə rahat oynamağa imkan verir: “İnanmıram ki, “Hayduk” “Dinamo”nu mübarizədən kənarlaşdırsın. Ancaq mən Andoneyə təklifim odur ki, Splitdə müdafiə olunmayın, bu, arzuolunmazdır. Belə qənaətə gəlmişəm ki, “Dinamo” növbəti mərhələyə çıxacaq. Mən keçmiş komandamın oyununu bu gün televiziya ilə izləyəcəyəm”.

0
0