“Bu suala cavab verməkdə çətinlik çəkirəm” - FOTO
05.08.2010 - 23:01
“Bu suala cavab verməkdə çətinlik çəkirəm” - FOTO
“AZAL-la oyunda ancaq qələbəyə köklənmişik. Mövsümə qələbə ilə başlamaq vacibdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.

Son mövsümü ikinci pillədə başa vuran, eyni zamanda ölkə kubokuna sahib çıxan “Bakı” fasilədə heyətinə əməlli-başlı əl gəzdirib. Xüsusilə, güclü legionerlər transfer edən paytaxtın eyniadlı komandası mövsümü “qızıl dubl”la başa vurmaq haqqında düşünür. Buna görə də “zolaqlılar” çempionata qələbə ilə start vermək niyyətindədir. Komandanın təcrübəli oyunçularından olan Mahmud Qurbanov meydana çıxıb-çıxmayacağını bilməsə də, inamla hazırlaşdıqlarını qeyd edib: “Bu suala cavab verməyə çətinlik çəkirəm. Çünki meydana çıxıb-çıxmamağım baş məşqçinin qərarından asılıdır. Ancaq komanda daxili ab-hava yaxşıdır. Hamı oyun saatını gözləyir. Matça inamla hazırlaşmışıq. İlk oyunda qələbə qazanıb azarkeşlərimizi də sevindirmək istəyirik”.