Pasulko, Mircavadov və Rednik
05.08.2010 - 14:15
Mirça Rednik üçün “Xəzər Lənkəran”ın baş məşqçi postunda debüt xüsusi əhəmiyyət kəsb edir. Apasport.az saytının məlumatına görə, klubun tarixində 6-cı baş məşqçi olan rumıniyalı çalışdırıcı startda, Azərbaycan Premyer Liqasının I turunda avqustun 7-də “Qəbələ” ilə ev oyununda qələbə qazanmaq əzmindədir.
Rednikə qədər “Xəzər Lənkəran”ın heç bir baş məşqçisi debüt matçında uduzmayıb. Lakin qələbə də hər mütəxəssisə nəsib olmayıb. Yalnız ukraynalı Viktor Pasulko ilə Ağasəlim Mircavadov ilk oyunlarında qələbə sevinci yaşayıb. Hər ikisi Lənkəranda minimal fərqli qələbəyə sevindiyi halda, digər 3 çalışdırıcı komandadakı fəaliyyətini heç-heçə ilə başlayıb.
Qeyd edək ki, Mircavadovla yanaşı, Nazim Süleymanov və türkiyəli Rasim Kara “Xəzər Lənkəran”a iki dəfə baş məşqçi təyin olunub. Bu səbəbdən onların qayıdışdan sonrakı ilk görüşləri debüt matçı sayılmır. Bundan əlavə, bu vəzifəni müvəqqəti icra edənlərin də “Xəzər Lənkəran”ı meydana çıxarması şərti xarakter daşıyıb.
“Xəzər Lənkəran”ın baş məşqçilərinin debüt oyunları

Baş məşqçi | Tarix | Oyun | Hesab |
Nazim Süleymanov | 07.08.2004 | “Turan” – “Xəzər Lənkəran” | 1:1 |
Rasim Kara | 30.10.2004 | “MKT-Araz” - “Xəzər Lənkəran” | 0:0 |
Viktor Pasulko | 12.02.2006 | Xəzər Lənkəran” - “Olimpik” | 1:0 |
Ağasəlim Mircavadov | 11.08.2006 | “Xəzər Lənkəran” – “Neftçi” | 2:1 |
İqor Ponomaryov | 15.02.2009 | “Xəzər Lənkəran” - “Karvan” | 0:0 |
Mirça Rednik | 07.08.2010 | “Xəzər Lənkəran” – “Qəbələ” | ??? |
0
0