Əvvəl Azərbaycan yığması, sonra Braziliya
05.08.2010 - 16:19
Azərbaycan millisinin Avro-2012-də rəqibi olan Almaniya yığması Braziliya ilə yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2002-in finalının iştirakçıları gələn ilin avqustun 10-da Ştutqartda qarşılaşacaqlar.
Bu, həmin şəhərdəki stadionun yenidən qurulmasından sonra açılışına həsr olunacaq. Almaniya yığmasının baş məşqçisi Yoahim Löv dünyanın ən titullu yığması ilə oyun razılaşdırmalarına belə şərh edib: “Bu, klassikadır. Bizi baxımlı oyun gözləyir. Bu, hər iki komanda üçün ciddi sınaq olacaq”.
Qeyd edək ki, almanlar həmin görüşə qədər son rəsmi oyunlarını gələn ilin iyulun 7-də Bakıda yığmamızla keçirəcək.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0