“Xəzər Lənkəran”ın sabiq futbolçusu Superliqaya can atır - FOTO
05.08.2010 - 16:37
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Superliqaya can atır - FOTO
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Əhməd Dursun özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçu yenə Bank Asiya I liqasında çıxış edərək, bu dəfə “Adanaspor” klubunun şərəfini qoruyacaq.

Adana təmsilçisinin prezidenti Bayram Akgül “Beşiktaş”da çıxışı ilə tanınan Dursunla görüşüb və sonra iki illik müqavilə imzalanıb. Buna qədər I liqada “Kocaelispor”un formasını geyən Əhməd futbol həsrətinə “Adanaspor”da son qoymaq istədiyini bildirib: “Bu komandanın forması altında futbol həyatıma yeni bir səhifə açdım. Vurduğum qollarla “Adanaspor”u Superliqaya daşımaq istəyirəm”.

Qeyd edək ki, Dursun 2009-cu ilin ilk yarısında “Xəzər Lənkəran”da oynayıb. Bu, onun yüksək liqada son klubudur.