Mahir Şükürovun məşqçisi futbol oynayacaq
05.08.2010 - 17:00
Mahir Şükürovun məşqçisi futbol oynayacaq
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev maraqlı qərar verib. Apasport.az saytının məlumatına görə, dağıstanlı mütəxəssis “Anji”yə qayıdandan sonra götürdüyü ukraynalı köməkçisi Andrey Qusini futbolçu kimi oynadacaq.

Hacıyev bir müddət öncə karyerasını bitirən 38 yaşlı yarımmüdafiəçinin faydalı olacağını düşünür: “Daha bir yeni futbolçumuz Andrey Qusin olacaq. Bəli, komandanın məşqçilərindən biri. Üstəlik, hesab edirəm ki, biz Qusini apreldə sifariş etməməklə səhv etdik. Andrey çox yüksək ustalıq səviyyəsinə malik çox təcrübəli futbolçudur. O, ikitərəfli oyunlarımızda özünü çox faydalı göstərir və futbolçularımız heç geri qalmır. Mən iddia etmirəm ki, Qusin dalbadal bütün oyunları 90 dəqiqə keçirəcək. Ancaq klublar arasında güclü rəqabət şəraitində meydana təcrübəli futbolçu buraxmaq imkanına malik olması çox vacibdir. Belə oyunçu görüşün müəyyən hissəsində oyunumuzu artırmaq bacarığındadır”.

Qeyd edək ki, yığmasının heyətində Bakıda millimizlə yoldaşlıq görüşündə oynayan Qusin Hacıyevin rəhbərliyi altında Rusiyanın “Saturn” klubunda oynayıb.