“Xəzər Lənkəran” Devran Ayhanı əvəzedici heyətə göndərdi
05.08.2010 - 17:31
“Xəzər Lənkəran” Devran Ayhanı əvəzedici heyətə göndərdi
“Xəzər Lənkəran” rəhbərliyi türkiyəli futbolçusu Devran Ayhanı əvəzedici heyətə göndərib. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Onun sözlərinə görə, transferə çıxarılan Ayhan özünə yeni klub tapacağı halda “Xəzər Lənkəran”ı tərk edəcək.

Əks halda, o, komandanın əsas yox, əvəzedici heyətində çıxış edəcək: “Devran “Xəzər Lənkəran”da oynadığı müddətdə özünü yaxşı tərəfdən göstərməyə çalışıb. O, yeni baş məşqçimiz Mirça Rednikin istəyilə transferə çıxarılıb. Özünə yeni klub tapa bilməsə, komandamızda qalıb, əvəzedici heyətdə oynaya bilər”.

Qeyd edək ki, “Xəzər Lənkəran” Unibank Premyer Liqasında 2010-2011-ci il mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına ünvanlayıb. Həmin siyahıda Devran Ayhanın adı göstərilməyib.