Qomes “Bavariya”dan ayrılmaq istəmir
05.08.2010 - 22:41
"Bavariya"nın mərkəz hücumçusu Mario Qomes komandadan ayrılmaq istəmədiyini söyləyib. Apasport.az saytının xəbərinə görə, İspaniyada doğulan, amma sonradan Almaniya vətəndaşı olan Qomes bildirib ki, indiyədək heç bir klubla transferlə bağlı danışıqlar aparmayıb: "Həyatım boyunca "Bavariya"da oynamaq istəmişəm və indi də komandadan ayrılmaq fikrim yoxdu. Ötən mövsüm yaxşı oynamadağımı bilirəm. Lakin futbolda işlər çox sürətlə tərsinə dönür. Bu mövsüm hər şey fərqli olacaq. Baş məşqçinin etimadını qazanmaq və komandanın əsas heyətində yer almaq istəyirəm".
Münhenlilərin "Ştutqart"dan 30 milyon avroya transfer etdikləri Maril Qomes ötən mövsüm Bundesliqada 45 matç oynayaraq 14 qol vurub.
Münhenlilərin "Ştutqart"dan 30 milyon avroya transfer etdikləri Maril Qomes ötən mövsüm Bundesliqada 45 matç oynayaraq 14 qol vurub.
0
0