Henrik Kasperçak: Hesab 2:0 olandan sonra əlimi oyundan üzmüşdüm
05.08.2010 - 22:40
Henrik Kasperçak: Hesab 2:0 olandan sonra əlimi oyundan üzmüşdüm
“Hesab 2:0 olandan sonra əlimi oyundan üzmüşdüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Visla” klubunun baş məşqçisi Henrik Kasperçak deyib.

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” komandasına 3:2 hesabı ilə uduzan Krakov təmsilçisinin çalışdırıcısı qarşılaşmadan sonra halının xarab olduğunu etiraf edib.

O, mətbuat konfransında matçı dəyərləndirib: “Özümü pis hiss edirəm. Müdafiənin mərkəzində 2 kobud səhvə yol verdik. Mübarizəni bu mərhələdə dayandırmışıqsa, deməli, tənqidlərə layiqik. “Qarabağ” texnikalı futbola üstünlük verir. Onların əsas silahı isə əks-hücumlardır”.

Qeyd edək ki, ağdamlılar Polşada da “Visla” üzərində qələbə qazanmışdılar – 1:0.