Qurban Qurbanov: Yaxşı olardı ki, 2 top buraxmayaq
05.08.2010 - 22:45
“Əsas mərhələ keçmək idi ki, bunun da öhdəsindən gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Polşa təmsilçisi “Visla”nı məğlub etdikdən sonra 38 yaşlı mütəxəssis nəticədən razı qalıb.
Lakin 3 qol vurduqdan sonra yetirmələrinin 2 top buraxması Qurbanovu narahat edir: “Maraqlı və sürətli oyun alındı. Yaxşı olardı ki, qapımızdan 2 top buraxmayaq. Vurduğumuz qollar baxımlı alındı. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirik”.
Qeyd edək ki, “Visla”nı hər iki oyunda (1:0, 3:2) məğlub edən “Qarabağ”ın IV təsnifat mərhələsindəki rəqibi sabah keçiriləcək püşkatmada müəyyənləşəcək.

0
0