Rəşad Sadıqov: İkinci qoldan sonra rəqibi sarsıtdıq
06.08.2010 - 08:59
“Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- “Visla” ilə oyunla bağlı təəssüratlarınızı bölüşərdiniz...
- Açıq futbol gedəcəyini gözləmirdim. Uşaqlar meydana 1:0 hesablı qələbə ilə yox, 0:0 hesabı ilə çıxmışdılar. Oyunun 15-20 dəqiqəsini müdafiədə keçirdik. Bununla da rəqibin üzərimizə gəlməsini gözləyirdik. Daha sonra həyəcanlanmadan irəli atıldı. 2:0 hesabından sonra rəqibi sarsıtdıq və istədiyimiz oyunu ortaya qoya bildik.
- Birinci hissədə 3:0 hesabı ilə qələbə qazansanız da, fasilədən sonra 2 top buraxdınız. Bu yorğunluqla bağlı idi, yoxsa uşaqlarda arxayınçılıq yaranmışdı?
- Bu gün rəqib qapımız qarşısında iki real qol epizodu yaratdı və hər ikisindən istifadə etdi. Elə oyun olur ki, 5 qol epizodu yaratsan da, heç birindən istifadə edə bilmirsən. Onlar bu gün daha dəqiq oynadılar. Eybi yox, qoy belə olsun. İnşallah, gələn turda rəqibin fərqlənmək üçün imkanı olmaz.
- “Visla”ya qarşı oynamaq çox çətin idi?
- Əlbəttə, çox çətin idi. Təsəvvür edin, fasiləyə 3:0 hesabı ilə irəlidə yollanırsan. Yaxşı ki, hesab 1:0 deyildi. Bilmirsən ikinci hissədə neynəyəsən. Artıq turun taleyi həll olunub. İkinci hissə başlayan kimi dərhal qol vurmalı idik. İmkanımız da oldu, təəssüflər olsun ki, istifadə edə bilmədik. Əgər dördüncü topu rəqib qapısından keçirsəydik, bununla məsələ həll olunacaqdı.
- Havanın isti olması işinizi çətinləşdirdimi?
- Belə havada oynamaq çox çətindir. İndiyə qədər Azərbaycanda belə isti havada oynadığım oyun olmamışdı. Dəhşətli isti idi. İndi-indi özümüzə gəlirik. Hərəkət eləməyə halımız yox idi.
- Rəqibin doğma meydanda nümayiş etdirdiyi oyunla indiki arasında çoxmu fərq var?
- “Visla”nın oyununu yaxşı təhlil etmişdik. Bilirdik ki, öz oyunumuzu oynasaq, Allahın köməkliyi ilə qələbə qazanacağıq. Yəni, uduza da bilərdik, amma düzgün oynasaq, şanslarımız eyni idi. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə də qol imkanlarımız oldu, ancaq qapıya düşə bilmədik. Onlar şanslarından maksimum istifadə etdilər. Şükürlər olsun ki, yenə meydanı qalib tərk etdik.
- Bununla da “Polşa sindromu”nu sındırdığımızı deyə bilərikmi?
- Sözün düzü, “Visla”dan qorxmurduq. “Olimpiakos” və digər rəqiblərdənsə, Polşa təmsilçisi daha münasib komanda idi. Oyuna inanaraq hazırlaşdıq. Nəticə göz qabağındadır.
- Bazar günü Premyer Liqanın ilk turunda “Neftçi” ilə qarşılaşacaqsınız. Rəqiblə mübarizə aparmaq üçün futbolçularda güc qalıb?
- Çəkindiyim odur ki, “Neftçi” ilə oyunda gücümüz sona qədər çatmasın. Çünki sona yaxın çox yorulduq. Bu gün 90 dəqiqə futbol oynadıq, “Neftçi” isə bizimlə oyuna hazırlaşır. Onlarda yorğunluq yoxdur. Ağır olacaq. Sözün düzü, iki ildir ki, Sadiqovla mən üçüncü mərhələyə qədər irəliləyirdik, amma keçə bilmirdik. Şükürlər olsun ki, bu gün üçüncü mərhələni də adladıq. Bunun bizim üçün mühüm əhəmiyyəti var idi.
- Avrokuboklardan sonra çempionat oyunlarına motivasiya olmaq çətin deyil?
- Təbii ki, həm fiziki, həm də psixoloji cəhətdən çətinlik olacaq. Son bir həftədə oyuna elə hazırlaşdıq ki, sanki ömrümüzün sonuncu oyununa çıxacağıq. Böyük ajiotaj var idi. Biz də çox ciddi yanaşdıq. Çox emosiya, güc sərf etdik bu görüşdə. Görək, çempionatda öz təsirini necə göstərəcək. Yəni, biz çempionat oyununu bu qarşılaşmaya qurban verməyə hazır idik. Çox vacib matçdır. Avrokuboklarda Azərbaycanın adından çıxış edirik. Bilirdik ki, bu oyunlardakı yenilgini sığortalamaq olmayacaq. Ancaq çempionat uzun marafondur, itirilən xalları sonra sığortalamaq mümkündür. Bu gün şansımız var idi ki, öz rekordumuzu yaxşılaşdıraq və tarix yazaq.
- Qarşıdakı oyunlarda daha çətin rəqiblərlə qarşılaşacaqsınız. Yeni transferə ehtiyac varmı?
- Bəzi axsayan mövqelərimiz var idi. Ora yeni oyunçular alındı. İndi tam komplektləşmiş komandamız var. Yeni transferə ehtiyac yoxdur. Rauf Əliyev bu gün qol vurmaqla nəyə qadir olduğunu sübut etdi. Həm Rauf, həm də Vüqar Azərbaycanın bir nömrəli hücumçuları olacaqlar.
- Sizin “Alaniya”ya transferiniz gündəmdə idi. Məsələ nə yerdə qalıb?
- “Visla” ilə cavab oyununu gözləyirdim. Mərhələ adladıqdan sonra ancaq pley-off haqqında düşünürəm.

0
0