“Bakı” AzTV ilə anlaşdı
06.08.2010 - 09:30
Bakı” klubunun 2010/11 mövsümündə ev oyunlarını yayımlayacaq telekanal müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Az.TV paytaxt təmsilçisinin Unibank Premyer Liqası və Azərbaycan kuboku uğrunda ev oyunlarını eksklüziv yayın hüququna malik olub.
Bununla bağlı "Bakı" və Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti arasında razılıq əldə olunub. Komandanın ev oyunlarında bayram günləri və xüsusi əhəmiyyətli dövlət tədbirləri ilə üst-üstə düşən zamanı “İdman Azərbaycan” kanalı ilə yayımlanması nəzərdə tutulub.
Qeyd edək ki, “Bakı” I turda sabah evdə AZAL klubu ilə görüşəcək.

0
0