“Neftçi”yə transferi Mpenzaya düşmədi
06.08.2010 - 10:05
“Neftçi”yə transferi Mpenzaya düşmədi
Avro-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 11-də Finlandiya ilə keçirəcəyi yoldaşlıq oyununa baş məşqçi Georges Leekens 23 futbolçu dəvət edib.

Leekens “Neftçi” klubunun yeni transferi Emil Mpenzanı milli komandanın düşərgəsinə dəvət etməyib. Son dəfə Dik Advokatın vaxtında millinin şərəfini qoruyan 32 yaşlı futbolçunun yığma karyerasının başa çatdığını söyləmək olar.

Belçika komandasına çağırılan futbolçular bunlardır: Loqan Bailli, Kristian Bentek, Tomas Buffel, Laurent Ciman, Kevin de Bruyne, Steven Defo, Olivye Deşaxt, Qilyam Qillet, Jan-Fransua Qillet, Eden Hazard, Vinsent Kompani, Conatan Leqe, Kristof Lepont, Nikola Lombaerts, Romelu Lukaku, Kevin Mirallas, Sebastyan Pocoqnoli, Silvio Proto, Bernd Tiys, Yele Van Damm, Tomas Vermaelen, Yan Vertonqen və Aksel Vitsel.

Belçika futbolçuları sınaq matçını Bakı vaxtı ilə saat 22:00-da Turku şəhərindəki “Veritas” stadionunda keçiriləcək.