Əfran İsmayılov: Mənim qol vurmağım əsas deyil
06.08.2010 - 11:07
Əfran İsmayılov: Mənim qol vurmağım əsas deyil
“Ciddi hazırlaşmışdıq. Göründüyü kimi, oyun olduqca çətin keçdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ın qələbə qazanmasında əsas pay sahiblərindən olan İsmayılov hesabı açmaqla yanaşı, komanda yoldaşı Rauf Əliyevin də qol sevinci yaşamasında əməyi oldu. Məhz onun ideal ötürməsindən sonra Əliyev rəqib torunu silkələməyə nail oldu. Ümumiyyətlə, Ağdam təmsilçisinin cari mövsümdə avrokuboklarda keçirdiyi 6 oyunda 5 qol vuran yarımmüdafiəçi bu göstərici ilə komandasının bombardiridir. Vurduğu qolla bağlı İsmayılov bunları deyib: “Burda mənim qol vurmağım yox, əsas olan komandanın qələbə qazanması idi. Buna nail olduğumuza görə şadam. İnşallah, pley-off mərhələsində də layiqincə mübarizə aparacağıq”.