Maksim Medvedevin etirafı
06.08.2010 - 11:25
“Birinci hissədə 3 top vuracağımızı gözləmirdim. Komandamız həqiqətən yaxşı oynadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.
“Visla” səddinin aşılmasında komandasına yardımçı olan futbolçu dünən də meydanda ən yaxşılardan idi. Medvedev müdafiədə inamlı çıxışı ilə rəqib hücumlarının dəf edilməsində yaxından iştirak etdi. Ancaq futbolçu fasilədən sonra komandanın bir qədər arxayınlaşmasını istisna etmədi: “Ola bilsin, ikinci hissədə bir qədər boşaldıq. Bunun da nəticəsində qapımızdan iki top buraxdıq. Bunun olmamasını istərdik. Ancaq bu futboldur. Bütün diqqətimizi növbəti oyuna yönəldəcəyik. Fürsətdən istifadə edib, qələbəni stadionu dolduran azarkeşlərimizə ərməğan edirik”.

0
0