Azərbaycan UEFA-da xal ehtiyatını artırdı
06.08.2010 - 12:08
Azərbaycan avrokuboklarda cari mövsümdə xal ehtiyatını 2-yə çatdırdı. Apasport.az saytının məlumatına görə, 16 ildir çıxış etdiyimiz qitə miqyaslı turnirdə bizim üçün rekord göstəricini elə “Qarabağ”la bir daha yenilədik.
Ağdamlılar Polşanın “Visla” klubuna Bakıda da qalib gəlməklə, daha 0,250 xal yığdı. Qurban Qurbanovun yetirmələri cari mövsümdə ümumilikdə 1,250 xal toplayıb. Reytinqimizə qalan 0,750 xalı cari mövsümdə artıq mübarizəni dayandıran klublarımız - “İnter”, “Xəzər Lənkəran”, “Bakı” yazıb. Sloveniya ilə xalq fərqini artıran ölkəmiz hələ bir müddət də 37-ci pillədə qalmalı olacaq. Çünki bizdən irəlidə olan postsovet məkanı təmsilçiləri – Latviya, Gürcüstan və Moldovaya çatmağımız hələ ki real deyil.
Klubların son 5 ildə avrokuboklarda çıxışına görə UEFA-dakı reytinqi
34. Latviya – 7.415 (təmsilçisi qalmayıb)
35. Gürcüstan – 6.957 (təmsilçisi qalmayıb)
36. Moldova – 6.749 (1 təmsilçisi qalıb)
37. AZƏRBAYCAN – 6.165 (1 təmsilçisi qalıb)
38. Sloveniya – 5.874 (1 təmsilçisi qalıb)
39. Makedoniya – 5.207 (təmsilçisi qalmayıb)
40. İslandiya – 4.957 (təmsilçisi qalmayıb)
41. Qazaxıstan – 4.124 (1 təmsilçisi qalıb)

0
0