Roberto Karlos karyerasını bitirəcəyi tarixi açıqladı
06.08.2010 - 12:39
Braziliyalı dünya çempionu Roberto Karlos futboldan gedəcəyi vaxtı açıqlayıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı sol cinah müdafiəçisi daha 4 il top qovmaq arzusundadır.
“Korintians”da forma geyinən Karlos bildirib ki, tutul qazanmaqdan hələ doymayıb: “Planlarıma görə daha 4 il karyeramı davam etdirəcəyəm. 37 yaşıma qədər bir çox kuboklara sahib olsam da, hələ titullardan doymamışam. Futbolu da bu istəyim həyata keçdikdən sonra buraxacağam”.
Qeyd edək ki, Karlosun karyerasının ən uğurlu illəri Madridin “Real” komandası ilə olub.

0
0