Anhel Qutyerres: Bu, komandaya psixoloji cəhətdən mənfi təri edir
05.10.2010 - 11:58
Anhel Qutyerres: Bu, komandaya psixoloji cəhətdən mənfi təri edir
“İnter”lə oyunda məğlub olsaq da, komandamızın nümayiş etdirdiyi futboldan razıyam. Məncə, oyunun ədalətli nəticəsi 0:0 hesablı heç-heçə idi”. Bu sözləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun futbolçusu Angel Qutyerres deyib. Uruqvaylı hücumçu komandasının 0:1 hesabı ilə nəticələnən “Neftçi” və “İnter”lə səfər oyunlarında penaltidən məğlub olmasına təəssüfləndiyini bildirib.

Qutyerres bu cür halların futbolçulara mənfi təsir etdiyini sözlərinə əlavə edib: “Əlbəttə, penaltidən məğlub olmaq təəssüfləndirici haldır. Hər iki oyunda məğlub olmağa layiq deyildik. Şübhəsiz, bu da komandaya psixoloji cəhətdən mənfi təsir göstərir. Hər iki oyunda qapımıza penaltidən qol vurdular. Bu cür hallar gələcək oyunlarda da öz mənfi təsirini göstərir. Belə oyunlardan sonra futbolçuları növbəti oyuna kökləmək heç də asan deyil”.