“Daxilimizdə uduzmaq qorxusu var idi”
05.10.2010 - 12:10
“Düzünü deyim ki, “Turan”la oyunda yorğun idik. Çünki bir gün əvvəl 8-9 saat yol qət etmişdik. Dincəlməyə də vaxtımız olmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Zaur Həşimov deyib.
“Qəbələ”yə məğlubiyyətdən sonra Tovuz səfərindən 3 xalla dönməyi bacaran Ağdam təmsilçisi 5-ci pillədə məskunlaşıb. Həşimov bildirib ki, liderdən 8 xal geri qalan komandası bu fərqi əritmək niyyətindədir: “Turan”la qarşılaşmanın birinci hissəsində yaxşı oynadıq. Qol vurmaq imkanlarımız da oldu. Düzdür, fasilədən sonra hesabı açdıq. Bundan sonra komandada psixoloji gərginlik yarandı. Çünki digər rəqiblərimiz - “Neftçi”, “İnter” turu qələbə ilə başa vurmuşdular. Daxilimizdə uduzmaq qorxusu var idi. “Turan” 90+3-cü dəqiqədə real qol imkanı yaratdı”.
Avropa Liqasında nümayiş etdirdiyi oyunla azarkeşlərin rəğbətini qazanan Ağdam təmsilçisi Premyer Liqada heç də özünə bənzəmir. Bunu həm oyun, həm də nəticə baxımından söyləmək olar. Təbii ki, bu da azarkeşlərin narazılığına səbəb olmaya bilməz. Həşimov bunun səbəbini uyğunlaşma ilə izah edib: “o cür oyunlardan sonra Suraxanıdakı stadionda matç keçirmək olduqca çətindir. Deyərdim ki, komandada hələ adaptasiya prosesi başa çatmayıb. Həm də Əfran İsmayılovun zədəli, Rəşad Sadıqovun başqa kluba keçməsi də öz mənfi təsirini göstərir. Ancaq toparlanacağıq. Vaqif Cavadovla Elnur Allahverdiyev klubu tərk edən zaman hamı “Qarabağ”ın zəifləyəcəyini deyirdi. Lakin zaman onların yanıldığını göstərdi. Komandada sistem dəyişməyib. Baş məşqçinin əlində bu sistemə uyğun futbolçular var”.

0
0