AFFA Kamran Ağayevi ağır cəzalandırdı
05.10.2010 - 12:54
AFFA Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayevi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında “Xəzər Lənkəran” klubunun kapitanının məsələsinə baxılaraq, qərar çıxarılıb.
Kamran Unibank Premyer Liqasının son turunda “Bakı” ilə ev oyununun 85-ci dəqiqəsində moldovalı rəqibi Vyaçeslav Sofroniyə əli ilə zərbə endirdiyi üçün 4 oyunluq cəzalandırılıb və 4000 manat cərimələnib. Baş hakim Fariz Yusifov həmin epizodu görmədiyi, nəticədə Ağayevi cəzalandırmadığı üçün NİK-in üzvləri oyunun videoyazısı və hakim-inspektorların raportuna əsaslanaraq, qərar çıxarıb.
Həmin görüşün 74-cü dəqiqəsində “Bakı”nın braziliyalı hücumçusu Jaba rəqibə əli ilə zərbə endirərək, birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimələnib.
Turda digər qırmızı vərəqə alan futbolçu, “Gəncə”nin müdafiəçisi Rafael Əmirbəyovun cəzası isə yüngül olub. Belə ki, ikinci sarı vərəqəyə görə meydandan çıxarılan Rafael 1 oyun buraxacaq, klubunu isə 200 manat xərcə salıb.
Mənbə: pfl.az

0
0