“İnter” – “Muğan” oyununun baş hakimi cəzalandırılacaq
05.10.2010 - 13:21
Unibank Premyer Liqasının ötən turunda “İnter” – “Muğan” (1:0) oyununu idarə edən Elnur Muradov cəzalandırılacaq. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında Hakimlər Komitəsinə Muradovun idarəçiliyi haqda lazımı ölçü götürülməsi tapşırılıb. Bu isə oyunda kobud səhvləri ilə yadda qalan gənc referinin cəzadan qaçılmaz olduğunu deməyə əsas verir.
NİK-in toplantısında həmin görüşdə qırmızı vərəqə almayan bəzi futbolçuların cəzalanacağını gözləmək olardı. Necə ki “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev son turda “Bakı” ilə görüşdə qırmızı vərəqə almasa da, onun rəqibə qarşı aşkar kobudluq etdiyi üçün haqqında ciddi ölçü götürüldü. Bu, 4 oyunluq cəza və 4000 manat cərimədən ibarətdir.
“Şəfa” stadionunda keçirilən görüşün videoyazısına baxarkən, oyunun sonunda meydanda dava-dalaş düşdüyü vaxtda “İnter”in qapıçısı Dmitri Kramarenko ilə gürcü müdafiəçi İlya Kandelakinin “Muğan”ın futbolçularına qarşı çox kobud hərəkət etməsini görmək mümkündür. Ancaq NİK yalnız baş hakim haqda lazımı ölçü götürülməsinə qərar verməklə kifayətlənib.

0
0