“Xəzər Lənkəran”ın baş məşqçisi vətəninə gedib
05.10.2010 - 13:33
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının VIII turunun “Bakı” ilə qarşılaşmasından sonra 48 yaşlı mütəxəssis Rumıniyaya yollanıb. Rednik Azərbaycan çempionatında yaranan fasilədən istifadə edib 3 gün vətənində dincəlməyə qərar verib. O, “Xəzər Lənkəran”ın düşərgəsinə Türkiyədə qoşulacaq. Belə ki, Rednikin Rumıniyada olduğu müddətdə komandası təlim-məşq toplanışı keçmək üçün qonşu ölkəyə yollanıb.
0
0