Misir Əbilov yenə ağır cəzalandı
05.10.2010 - 13:41
Misir Əbilov yenə ağır cəzalandı
Azərbaycan çempionatının I divizionunda çıxış edən “Bakılı” klubunun prezidenti Misir Əbilov cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, o, oktyabrın 3-də V turun “Rəvan” la qarşılaşmasında yol verdiyi hərəkətləri üzündən ağır cəzaya məruz qalıb. AFFA-nın İntizam Komitəsi matçın fasiləsi zamanı hakimi təhqir edən Əbilovu 5 oyunluq cəzaya layiq bilib. Bundan başqa, klub prezidenti 500 manat cərimə də ödəməli olacaq.

Qeyd edək ki, “Bakılı”nın prezidenti əvvəllər də belə cəzalara məruz qalıb.