Cəmşid Məhərrəmov: Bizdə azarkeşlər futbolçuları söyürlər
05.10.2010 - 14:04
“Lənkəranda prinsipial oyun idi. Qazonun vəziyyəti heç də yaxşı deyildi. Ola bilsin, “Xəzər Lənkəran” üçün yaxşı hesab edilsin. Çünki onlar orda məşq edib, oynayırlar. Bizim üçün çox pis idi. Demək olar, meydan qum idi”. Bu sözləri apasport.az saytına açıqlamasında“Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmov deyib. Unibank Premyer Liqasının son turunda səfərdə “Xəzər Lənkəran”la görüşən “Bakı” matçın gedişində hesabda geri düşsə də, sonda heç-heçə edib – 1:1. Hesabına növbəti xalını yazdıran paytaxt təmsilçisi 9 xalla 9-cu pillədə qərarlaşıb. Kapitanın fikrincə, onlar Lənkəranda 2 xal itirdilər: “Düzdür, hesabda geri düşmüşdük. Ancaq sonra qol vurduq və heç-heçə etdik. Fikrimcə, Lənkəranda 2 xal itirdik”.
Azarkeşlərlə bağlı da fikrini açıqlayan Məhərrəmov onlardan etik qaydalara riayət etmələrini istəyib: “Futbolun inkişafı üçün vacib olan şərtlərdən biri də azarkeşlərin stadiona gəlməsi və komandalarını dəstəkləmələridir. Xaricdə fanatlar matçı seyr edir, istər öz, istərsə də rəqib gözəl ötürmə edəndə, yaxşı qol vuranda onu alqışlayırlar. Bizdə isə əksinədir. Futbolçuları söyürlər. Bu mentalitetimizə aid deyil. Meydanda əcnəbilərin də olduğunu nəzərə almaq lazımdır. Sabah onlar Azərbaycanı tərk edəndə, gedib ölkəmiz haqqında pis imic formalaşdıra bilərlər. Bu, kimə lazımdır?”.
“Bakı”nın mövsümə yaxşı başlamamağı heç kimdə şübhə doğurmur. Avropa Liqasındakı oyunundan əsər-əlamət qalmayan paytaxt təmsilçisi bu problemi yoluna qoymağa çalışır. Cəmşid artıq gərginliyin arxada qaldığını söyləyib: “Xalları öz səhvimizdən itirdik. O gərginlik indi komandada yoxdur. Qarşıdan MOİK-lə oyun gəlir. Ancaq 3 xal qazanmaq haqda düşünürük. Məqsədimiz I dövrənin qalan oyunlarında qələbə qazanmaqdır”.

0
0