Rəşad Sadıqovun yeni baş məşqçisinin adı məlum oldu - FOTO
05.10.2010 - 14:47
Rəşad Sadıqovun yeni baş məşqçisinin adı məlum oldu - FOTO
Yığmamızın kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Əskişəhər təmsilçisi dünən “Bucaspor”dan ayrılan Bülənt Uyğunla anlaşıb.

Türk həmkarlarımızın yazdıqlarına görə əslində “qırmızlı-qaralar” bu gənc baş məşqçi ilə ötən həftənin ortasında görüşərək razılığa gəlib. Lakin cümə günü “Bucaspor” və “Əskişəhərspor” arasında oyun olduğundan xəbər gizli saxlanılıb. Birvaxtlar adı “Neftçi” ətrafında hallanan Uygun uzun müddət “Sivasspor” klubunda uğurlu işi ilə tanınıb.

Qeyd edək ki, “Əskişəhərspor”un çalışdırıcısı Rza Çalımbay VI turda “Qaziantepspor” komandasına məğlubiyyətdən sonra istefa vermişdi.