Zeynal Məmmədov: Jabaya 4 oyunluq cəza hesablanaraq verilib
05.10.2010 - 15:30
“AFFA-nın İntizam Komitəsinin Jaba haqda çıxardığı qərardan narazıyıq. Braziliyalı futbolçumuza belə cəza veriləcəyini gözləmirdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezident səlahiyyətlərini icra edən Zeynal Məmmədov deyib. AFFA-nın İntizam Komitəsinin bu gün keçirdiyi iclasında Unibank Premyer Liqasının son turunda “Xəzər Lənkəran”la səfər oyununun 74-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alan “Bakı”nın braziliyalı futbolçusunun Jabanın 4 oyunluq cəzalanması, 4000 manat cərimələnməsi ilə bağlı qərar çıxarılıb.
Cəzanı çox ağır hesab edən Məmmədovun fikrincə, bu, ən uzağı 2 oyunluq diskvalifikasiyaya bərabərdir: “Mən bu qərardan baş çıxara bilmədim. Həmin epizod düz gözümün qabağında oldu. Jaba özünə qarşı qayda pozuntusundan sonra topu götürərək, oyuna tez başlamaq istəyir. Ancaq rəqibin buna imkan vermədiyini görərək, onu itələyir. “Xəzər Lənkəran”ın futbolçusu da artistlik edərək, özünü yerə yıxdı. Bu, adi oyun epizodu idi. Yeri gəlsə, baş hakim həmin epizodda Jabaya sarı vərəqə ilə ötüşə bilərdi. Jabanın hərəkətini Kamran Ağayevin hərəkəti ilə eyniləşdirmək düzgün deyil”.
“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin “Bakı”nın moldovalı futbolçusu Vyaçeslav Sofroniyə qarşı kobudluğu daha aşkar olsa da, ona heç sarı vərəqə də göstərilmədi. Düzdür, bu gün haqq-ədalət bərqərar olundu və AFFA-nın İntizam Komitəsində çıxarılan qərarla Kamranın hərəkəti 4 oyunluq cəza və klubuna 4000 manat cəriməyə başa gəldi. “Bakı”nın rəsmisi Ağayevin oyun zamanı cəzalandırılmasının daha düzgün olduğunu diqqətə çatdırır: “Kamranın kobudluğu göz qabağında olsa da, ona qırmızı vərəqə göstərilmədi. Ona oyunda cəza verilsəydi, daha gözəl olardı. Ağayev qırmızı vərəqə alsaydı, qapıya futbolçulardan biri keçməli idi. Çünki həmin vaxt “Xəzər Lənkəran”ın əvəzetmələri artıq qurtarmışdı. Rəqib penalti haqda danışmamalıdır. Həmin vaxt 90+1-ci dəqiqə gedirdi”.
Məmmədov Jabanın cəzası ilə bağlı şikayəti mənasız sayır. O, fikrini belə əsaslandırır: “Düzdür, apellyasiya məktubunu yazacağıq. Ancaq hesab edirəm ki, bunun faydası yoxdur. Hesablanaraq, belə qərar çıxarılıb. İlk dövrədə 4 oyunumuz qalıb. Bizi qarşıda ağır oyunlar gözləyir. MOİK-lə görüşdən, “Qarabağ”la təxirə salınmış oyunumuzdan sonra “İnter” və “Neftçi” ilə matçlarımız var. Jabaya gözlənildiyi kimi 2 yox, 4 oyun cəza verilməsi həmin iki görüşü də buraxması deməkdir. Yəni əsas hücumçumuz üçün ilk dövrə artıq bitib. Neyləyək, canları sağ olsun. Düzdür, Jaba da sinirlərinə hakim olmalı, rəqibin onun təxribata çəkməsini nəzərə almalı idi. Biz bunu onun diqqətinə çatdırmışıq. Ola bilsin ki, son vaxtlar çılğın oynayır. Ancaq onu da başa düşməliyik. Jaba oynamaq, kömək etmək istədiyini deyir. Ancaq onu oynamağa qoymurlar. Sonda da hirsindən belə olur”.
Mehman SÜLEYMANOV

0
0