Azərbaycan yığması “Bakı” ilə yoxlama oyunu keçirəcək
05.10.2010 - 17:39
Azərbaycan yığması “Bakı” ilə yoxlama oyunu keçirəcək
Sabah Azərbaycanın 17 yaşlılardan ibarət yığması yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, Adil Şükürovun baş məşqçisi olduğu yığmamız “Bakı” klubunun əvəzedici komandası ilə görüşəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyun saat 10:00-da başlayacaq.

Qeyd edək ki, Şükürov “Bakı”nın müvafiq yaş qrupundan ibarət komandasını çalışdırıb.

Mənbə: affa.az