Yığmanın alman məşqçisinə orden verildi
05.10.2010 - 23:40
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, Bundestimin mükafatlandırılmasına səbəb dünya çempionatının bu yay CAR-da keçirilən final mərhələsindəki uğurlu çıxış səbəb olub. Almaniyanın prezidenti Kristian Vulf futbolçuları və baş məşqçi Yoahim Lövü qəbul edərək onlara mükafatları təqdim edib.
Löv “Almaniya qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunub. Futbolçulara isə “Gümüş dəfnə yarpağı” mükafatı verilib.
Qeyd edək ki, Almaniya yığması mundialda III yeri tutmuşdu.
Löv “Almaniya qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunub. Futbolçulara isə “Gümüş dəfnə yarpağı” mükafatı verilib.
Qeyd edək ki, Almaniya yığması mundialda III yeri tutmuşdu.
0
0