Mehmet Topal oynamayacaq
05.10.2010 - 23:47
Mehmet Topal oynamayacaq
İspaniyanın “Valensiya” klubunun yarımmüdafiəçisi Mehmet Topal zədələnib. Apasport.az saytının məlumatına görə, Türkiyənin ən yaxşı futbolçularından biri olan Topal klubunun məşqi zamanı topuq nahiyəsindən xəsarət alıb. Həkimlərin rəyinə əsasən o, iki həftəlik məşqlərdən kənar qalacaq. Bu isə o deməkdir ki, o ən azı İspaniya çempionatının növbəti turunun “Barselona” ilə görüşünü buraxacaq.

Qeyd edək ki, Topalın İspaniya çempionatının lideri olan klubda əsas heyət oyunçusu olmasına, həmçinin mətbuatın təzyiqlərinə baxmayaraq Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink yarımmüdafiəçini oktyabrın 8-də Almaniya, 4 gün sonra Azərbaycanla keçiriləcək Avro-2012-nin seçmə oyunlarına çağırmayıb.