Azərbaycan futbolçuları “Xeres”ə 3 qol vurdu
06.10.2010 - 08:52
Azərbaycan futbolçuları “Xeres”ə 3 qol vurdu
Avropa çempionatının ilkin seçmə mərhələsinə hazırlıq məqsədilə İspaniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri yerli “Xeres” klubunun U-19 komandası ilə qarşılaşıb. Görüş komandamızın qələbəsi ilə başa çatıb – 3:1. İspaniyalıların qapısından topları Aleksey Qavrilyuk, Mirhüseyn Seyidov və Rəhman Hacıyev keçiriblər.

Mənbə: affa.az