Mirça Rednik: Biz Banelin transferi ilə bağlı artıq razılığa gəlmişik
06.10.2010 - 11:07
“Xəzər Lənkəran”ın tarixində bir çox Rumıniya təmsilçiləri olub. Banel Nikolita da növbəti belə oyunçudur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis komandasına transfer etmək istədiyi daha bir həmyerlisi haqda fikirlərini açıqlayıb. Rednik Rumıniya milli komandasının və “Styaua” klubunun aparıcı futbolçusu olan Banel Nikolitanı sərəncamında görmək istədiyini bildirib: “Qışda Banellə bağlı danışıqlara başlayacağıq. O, mənim xoşuma gəlir. Nikolitanın “Xəzər Lənkəran”da oynamağını istəyirəm”.
Rednik bildirib ki, Banelin transferi ilə bağlı artıq ilkin razılıq əldə olunub: “Biz Nikolitanın keçidini “Styaua” ilə razılaşdırmışıq. Həm klub rəhbərliyi, həm də Banel ilə mən özüm danışmışam. Onun transferində heç bir problem yoxdur. Məsələni qışda həll edəcəyik”.
Qeyd edək ki, Banelin “Styaua”dakı illik maaşı 120 min avrodur.

0
0