Cəmşid Məhərrəmov: Deyəsən, Berti Foqts məndən inciyib
06.10.2010 - 11:15
“Yığmada oynamaq hər bir futbolçunun borcudur. Mən də yenidən millinin heyətinə cəlb ediləcəyim günü səbirsizliklə gözləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmov deyib. Berti Foqts yığmamızın baş məşqçisi təyin edildikdən sonra bir müddət dəvət edilən Cəmşidi sonradan millinin heyətində görmək mümkün olmadı. Almaniyalı mütəxəssisin rəsmi oyunlarda belə güvəndiyi Məhərrəmovun sonradan yığmaya niyə çağırmamağı bir qədər gözlənilməz oldu. Ancaq müdafiəçi bunun səbəbini belə izah edib: “Oyunların birində zədə aldım. Müalicə olunmaq üçün Bakıya gəldim. Sonradan Berti Foqts məni milliyə dəvət etmədi. Deyəsən, Foqts məndən inciyib”.
Yığmanın Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində Almaniya və Türkiyə ilə keçirəcəyi görüşlərlə bağlı da fikrini açıqlayan “Bakı”nın kapitanı yaxşı oyun gözlədiyini qeyd edib: “Bu gün Azərbaycan futbolu inkişafdadır. Biz bunu beynəlxalq oyunlarda da sübut etməliyik. Ona görə də Almaniya ilə oyundakı səhvləri buraxacağımıza inanmıram. Bu dəfə fərqli oyunlar izləyəcəyik. Əslində, əcnəbilərdə futbolumuz haqqında müsbət fikir yaratmalıyıq”.

0
0