Bülənt Uyğunun Rəşad Sadıqovun yeni baş məşqçisi olması rəsmiləşdi
06.10.2010 - 13:56
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubunun yeni baş məşqçisinin adı nəhayət, dəqiqləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Bülənt Uyğununun Əskişəhər təmsilçisinin baş məşqçi postuna gəlişi rəsmiləşib.
Klubun mətbuat katibi Erdal Şahbaz bu gün gənc mütəxəssislə görüşün yekununu açıqlayıb. O, artıq razılaşmanın əldə etdiklərini, günün ikinci yarısında keçirəcəkləri mətbuat konfransında rəsmi müqaviləyə imza atacaqlarını bildirib. Uyğun elə bu gün yeni komandasını bazada ilk məşqə çıxaracaq. Sadıqov hazırda yığmamızın düşərgəsində olduğundan, gələn həftə yeni çalışdırıcısının rəhbərliyi altında olacaq.
Qeyd edək ki, son iş yeri “Bucaspor” klubu olan Uyğun təcrübəli həmkarı Rza Çalımbayı əvəzləyib. O, son turda “Əskişəhərspor”la qolsuz bərabərliklə nəticələnən ev oyununda sonra postunu tərk edib.

0
0