Qyoko Hacıyevski: “Simurq”un futbolçuları cərimə olunub
06.10.2010 - 14:29
“Komandanın gənc futbolçulardan təşkil edildiyini nəzərə alsaq, oyundan oyuna artımın olduğunu deyə bilərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Cari mövsümdə heyətini gənclərdən quran “Simurq” Premyer Liqada qələbə üzünə həsrət qalan iki komandadan biridir. “Turan”la eyni sayda xal toplayan Zaqatala təmsilçisi topların nisbətinə görə turnir cədvəlinin sonuncu pilləsində məskunlaşıb. Futbolçularına inanan makedoniyalı mütəxəssis yalnız “Neftçi” ilə matçda zəif təsir bağışladıqlarını vurğulayıb: “Yalnız “Neftçi” bizi asan məğlub etdi. Digər oyunlarda rəqiblərimizə qarşı layiqli mübarizə apardıq”.
Baş məşqçi “Qəbələ” ilə oyundan sonra futbolçulara qarşı sərt addım atdıqlarını da bildirib: “Qəbələ” ilə oyundan sonra futbolçuların hamısını maddi cəhətdən cərimə etmişik. Belə olmaz. Onlara özlərini toparlamaq üçün xəbərdarlıq olunub”.
Mütəxəssis son vaxtlar komandanın aparıcı oyunçularından olan Samir Əliyevin meydana nadir hallarda çıxmasına da aydınlıq gətirib: “Samir Əliyev zədəsini sağaltmadan meydana çıxdı. Nəticədə zədəsini yenilədi. İndi Əliyev zədəsini müalicə etdirir”.

0
0