Azərbaycan çempionu “Ararat”la qarşılaşa bilər
06.10.2010 - 14:54
Futzal üzrə UEFA kubokunun elit-raundunun iştirakçılarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, əsas mərhələyə II qrupun oyunları ilə yekun vurulub. Digərləri ilə müqayisədə gec başa çatan bu qrupda qalib adını Ukraynanın “Taym” klubu qazanıb. Onlarla yanaşı ikinci olan Kiprin “Ararat” komandası da bu vəzifənin öhdəsindən gəlib.
Azərbaycan çempionu “Araz”ın Rumıniyada qazandığı 3 qələbə ilə yüksəldiyi elit-raundda 16 komanda mübarizə aparacaq. Sonuncu UEFA kubokunun sahibi “Benfika” (Portuqaliya), həmçinin “Viz-Sinara” (Rusiya), “Mursiya” (İspaniya) və “Kayrat” (Qazaxıstan) bu mərhələyə birbaşa qoşulacaqlar. Oktyabrın 12-də keçiriləcək püşkatmada iştirak edən komandalardan “Sportinq” (Portuqaliya), “Taym” (Ukrayna), “Araz” (Azərbaycan), “İberiya Star” (Gürcüstan), “Sitta Di Montesilvano” (İtaliya), “Ekonomak” (Serbiya) bura qrup qalibi, “Slov-Matik” (Slovakiya), “Ararat” (Kipr), “Tarqu Mureş” (Rumıniya), “Çrudim” (Çexiya), “Nasional” (Xorvatiya), “Akademiya” (Polşa) isə ikincisi kimi qatılacaq.

0
0